Türkiyə klubunun avrokubokda debüt oyununu azərbaycanlı FIFA referisi idarə edəcək
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
"Olimpsport" "Report"a istinadən xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi Rumıniyada ÇFR və Türkiyənin "Adana Demirspor" komandaları arasında oynanılacaq Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.
Qeyd edək ki, qarşılaşma iyulun 27-də keçiriləcək. Tərəflər arasındakı cavab görüşü avqustun 3-də olacaq.
Adana təmsilçisi tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq