Azərbaycanın əməkdar güləş məşqçisi dünyasını dəyişib
Azərbaycanın əməkdar güləş məşqçisi Tariyel Nəsibov vəfat edib.
"Olimpsport" xəbər verir ki, Qazaxda yunan-Roma güləşinin inkişafında böyük pay sahibi olmuş mütəxəssis 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tariyel Nəsibov dünya və Avropa çempionu Həsən Əliyevin ilk məşqçisi olub.