İspaniyalı futbolçu "Çelsi"dən ayrılaraq "Atletiko"ya keçib
İngiltərənin "Çelsi" komandasından ayrılan ispaniyalı futbolçu Sesar Asplikueta karyerasını ölkəsində davam etdirəcək.
"Olimpsport" xəbər verir ki, 34 yaşlı müdafiəçi "Atletiko"ya keçib. Məlumatı Madrid klubunun rəsmi saytı yayıb.
Təcrübəli oyunçu paytaxt təmsilçisi ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.
Qeyd edək ki, Sesar Asplikueta ötən mövsüm "Çelsi"nin heyətində 32 oyun keçirib.