“Malyorka”nın yarımmüdafiəçisi Fransanın PSJ klubuna transfer edilib
Fransanın PSJ klubu “Malyorka”nın yarımmüdafiəçisi Li Kan İni heyətinə qatıb.
“Olimpsport” klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçu parislilərlə 2028-ci ilədək müqavilə imzalayıb.
Qeyd edək ki, 22 yaşlı cənubi koreyalı futbolçu ötən mövsüm “Malyorka”nın heyətində 39 matça çıxıb və 6 qol, həmçinin eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb