"Real"ın baş məşqçisi fırıldaqçılıq ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq
“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti təxminən 400 min avro vergi fırıldaqçılığı ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.
"Olimpsport" "El Mundo"ya istinadən xəbər verir ki, məhkəmə artıq "Real Madrid"in çalışdırıcısına qarşı istintaqı yekunlaşdırır. O, “qaymaqlılar”ın başında ilk işlədiyi dövrdə gəlirinin bir hissəsini gizlədib.
Ançelotti 2021-ci ildən "Real Madrid"də işləyir. Bu müddət ərzində o, İspaniya çempionatında komandanı qələbə ilə idarə etməyi bacarıb, ölkə Kubokunu və Çempionlar Liqasını qazanıb. O, daha əvvəl 2013-2015-ci illərdə klubda çalışıb.
Ötən mövsüm "Real" İspaniya çempionatında yalnız ikinci olub. Madridlilərin qalib “Barselona”dan geriliyi 10 xal olub.
Çempionlar Liqasında Karlo Ançelottinin yetirmələri yarımfinala yüksələ biliblər, "Mançester Siti"yə uduzublar.
La Liqada yeni mövsüm avqustun 11-də başlayır. “Real Madrid” "Atletiko" ilə qarşılaşacaq.