Azərbaycan güləşçisi reytinq turnirində gümüş medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin sonuncu reytinq turniri davam edir.
"Olimpsport" Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışın ilk günündə sərbəst güləş üzrə yığmamızın iki üzvü mübarizə aparıb.
Abubakr Abakarov (86 kq) ilk görüşdə israilli Yuri Kalaşnikova 8:0 hesabı ilə qalib gəlsə də, dörddəbir finalda türk Osman Göçenə 3:6 hesabı ilə məğlub olub.
Maqomedxan Maqomedov (97 kq) macarıstanlı Vladislav Baytsayev (7:6), qazaxıstanlı Əlişir Yergali (6:3) və alman Erik Tileyə (7:1) qalib gələrək finala yüksəlib. Ancaq topuğundan zədələndiyi üçün güləşçimiz ABŞ-dan olan Olimpiya və dünya çempionu Kayl Snayderlə qarşılaşmada iştirak etməyib. Təmsilçimiz gümüş medalla kifayətlənib.
Qeyd edək ki, həftəsonu yunan-Roma güləşçilərimiz turnirdə iştirak edəcəklər.