"Sumqayıt" Pakistan millisinin sabiq futbolçusunu transfer edir
Pakistan millisinin futbolçusu İsa Suliman karyerasını Azərbaycanda davam etdirəcək.
"Olimpsport" "Record" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi "Sumqayıt"la anlaşıb.
Oyunçunun Portuqaliya "Vitoriya"sından ayrılaraq "gənclik şəhəri" təmsilçisinə keçəcəyi bildirilib. Sulimanın tezliklə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, iyun ayından etibarən Pakistan yığmasına dəvət alan İsa Suliman İngiltərənin U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərində çıxış edib.