"İnter Mayami" Messiyə görə ABŞ-da ən çox izlənilən klublardan biri olub

Argentina millisinin futbolçusu Lionel Messinin "İnter Mayami"yə keçidi ilə əlaqədar ABŞ klubunun sosial şəbəkədə izləyicilərinin sayı 10 dəfə artıb.

"Olimpsport" xəbər verir ki, MLS təmsilçisi ölkədə məşhurluq baxımından ilk "5-liy"ə daxil olub.

"İnter Mayami" 36 yaşlı hücumçunun keçidini iyunun 7-də açıqlayıb. Həmin vaxt komandanın instaqramda 900 minə yaxın izləyicisi olub. Hazırda isə bu rəqəm 8,6 milyona çatıb.

ABŞ-da yalnız 4 idman klubu "İnter Mayami"dən daha çox abunəçiyə malikdir. Bunlar "Çikaqo Bullz" (9,8 milyon), "Klivlend Kavalyers", "Los-Anceles Leykers" və "Qolden Steyt Uorriorz"dur.

Qeyd edək ki, Lionel Messi son olaraq Fransada PSJ-nin formasını geyinib.