Millimiz FİFA-da irəlilədi

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Olimpsport.az saytının məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan yığması sıralamada 1 pillə irəliləyib. Hazırda 133-cü yeri tutan millimizin aktivində 269 reytinq xalı var.

Ötən ayla müqayisədə reytinqin ilk “50-liy”ində heç bir dəyişiklik baş verməyib. Əvvəlki kimi sıralamaya Argentina başçılıq edir. Belçika ikinci olduğu halda, ilk “3-lüy”ü Çili qapayır.