Mussa Sissoko “Tottenhem”də

“Nyukasl” futbol klubunun yarımmüdafiəçisi Mussa Sissoko karyerasını “Tottenhem”də davam etdirəcək.

Olimpsport.az xəbər verir ki, keçidin dəyəri 30 milyon funt sterlinqdir. Futbolçunun londonlularla müqaviləsi 5 illiyinə nəzərdə tutulub.

Xatırladaq ki, Sissokonun keçidi ilə bağlı “Everton” da maraqlanırdı.