Səudiyyə Ərəbistanı klubuna "Mançester Siti"dən transfer
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Riyad Mahrez karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
"Olimpsport" xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira bildirib.
Onun sözlərinə görə, 32 yaşlı yarımmüdafiəçi "Əl-Əhli" ilə anlaşıb. Əlcəzairli oyunçu ilə 3 illik müqavilə imzalanacaq. O, yeni klubunda mövsüm ərzində 30 milyon avro qazanacaq.
Qeyd edək ki, Riyad Mahrez 2022/2023 mövsümündə "şəhərlilər"in heyətində 47 oyuna çıxıb, 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.