
TƏCİLİ - Güləş üzrə dünya çempionatının ev sahibi dəyişdi
Gələn ay (14-20 avqust) Polşannın paytaxtı Varşavada keçirilməli olan güləş üzrə U-20 dünya çempionatı Dünya Güləş Birliyinin qərarı ilə Polşadan alınaraq İordaniyaya verilib. "Olimpsport.az" Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Polşa hökumətinin Rusiya və Belarusa bu ölkəyə giriş üçün viza verməkdən imtina etməsi olub. Bu addımın Beynəlxalq Olimpiya Komitəsinin idmançılar arasındakı birlik və bərabərlik tövsiyələrinə zidd olduğu üçün DGB bu addımı atıb.
Qeyd edək ki, mundialın tarixi dəyişməz olaraq qalıb və həmin tarixdə keçiriləcək.
Xatırladaq ki, İordaniya və DGB birgə məlumat yayaraq bildirib ki, komandaların üzləşdiyi hər hansı problemlərin həllində dərhal dəstək nümayiş etdirəcəklər və bütün ölkələr ayrıseçkilik edilmədən viza ilə təmin olunacaqlar.
Ramin Allahverdiyev
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











