Qadınlararası dünya çempionatının tarixində 1000-ci qolu afrikalı futbolçu vurub
Futbol üzrə qadınlararası dünya çempionatının tarixində 1000-ci qol vurulub.
"Olimpsport" yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, yubiley qoluna Yeni Zelandiyadakı mundialda Zambiya millisinin oyunçusu Barbara Banda imza atıb.
23 yaşlı hücumçu hazırda davam edən Kosta-Rika ilə görüşün 31-ci dəqiqəsində penaltidən fərqlənib.
Qeyd edək ki, qarşılaşmada ilk hissə başa çatıb və Afrika təmsilçisi 2:0 hesabı ilə öndədir.