
Azərbaycanın yunan-Roma güləşi yığması dünya ikincisi olub
Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.
"Olimpsport" xəbər verir ki, mundialda 5 medal qazanan Azərbaycan millisi 108 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığma medalların əyarına görə son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











