“Çelsi” İspaniya millisinin qapıçısını transfer edib
İngiltərənin “Çelsi” klubu 20 milyon avroya qapıçı transfer edib.
"Olimpsport" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin digər təmsilçisi “Brayton”un üzvü Robert Sançes heyətə cəlb olunub.
25 yaşlı futbolçu “zadəganlar”la 7 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvü uğurlu çıxış edərsə, “Brayton” daha 5 milyon avro bonus qazanacaq.
Qeyd edək ki, Robert Sançes 2022/2023 mövsümündə “Brayton”un heyətində 25 oyuna çıxıb, 30 qol buraxıb. O, 2021-ci ildən İspaniya yığmasına çağırılır.