Azərbaycan atıcısı erməniyə qalib gələrək qızıl medal qazanıb

Belarusun paytaxtı Minsk şəhərində keçirilən II MDB Oyunlarında azərbaycanlı atıcı Leyli Əliyeva qızıl medal qazanıb.

"Olimpsport" xəbər verir ki, Leyli Əliyeva pnevmatik tapançadan 10 metr məsafəyə atəş növündə Ermənistan və Rusiya idmançıları ilə mübarizədə üstünlük əldə edərək qızıl medala sahib olub.

Məlumat üçün bildirək ki, atıcımız Leyli Əliyeva iyul ayında Koreyanın Çanqvon şəhərində keçirilən Gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.