Messi Liqa Kubokunun bombardiri, futbol tarixinin ən titullu oyunçusu olub

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi vurduğu 10 qolla Liqa Kubokunun bombardiri olub.

"Olimpsport" xəbər verir ki, hücumçu "Neşvill"lə final matçında (1:1, 10:9 pen) oyunun 23-cü dəqiqəsində hesabı açaraq onuncu qolu vurub.

Onun ən yaxın təqibçisi Bonqokul Hlonqvan yeddi qol vurub.

Hücumçu üçün bu kubok həm milli, həm də klub səviyyəsində qazanılan titulları hesablasaq, karyerasında 44-cü olub. O, tarixin ən titullu futbolçusu olub. Messi ilk kubokunu “İnter Mayami” ilə qazandı və bu, klubun ilk tituludur.

Messi 2021-ci ilin yayında "Barselona"dan PSJ-yə keçib. 2023-cü ilin yay transfer pəncərəsində argentinalı “İnter Mayami” ilə pulsuz transferlə müqavilə bağladı və ilk matçda cərimə zərbəsini vuraraq Amerika klubunda debüt edib.