Musa Qurbanlı İsveç klubunda ilk qolunu vurub

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında ilk qolunu vurub.

"Olimpsport" xəbər verir ki, 21 yaşlı hücumçu ölkə kubokunda “Sandviken”ə qarşı keçirilən oyunda fərqlənib.

Səfər görüşünün 12-ci dəqiqəsində rəqib qapısına yol tapan gənc forvard komandasının ikinci qolunun müəllifi olub.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada qonaqlar hesabda öndədirlər - 2:1.