Renat Dadaşov İsveçrə klubundan ayrıla bilər

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasından ayrıla bilər.

"Olimpsport" xəbər verir ki, bu barədə klubun idman direktoru Bernt Haas yerli mətbuata açıqlamasında bildirib.

O, 24 yaşlı hücumçu ilə digər variantları nəzərdən keçirdiklərini bildirib.

Qeyd edək ki, 2022-ci ildən “Qrasshopper”də çıxış edən Renat Dadaşovun klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.