Çempionlar Liqası: “Qalatasaray” və daha iki komanda qrup mərhələsinə vəsiqə qazanıb
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmalarına start verilib.
"Olimpsport" xəbər verir ki, ilk oyun günündə üç görüş keçirilib.
“Qalatasaray” komandası Türkiyədə Norveç “Molde”sini qəbul edib. NEF stadionunda oynanılan görüş İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb. Meydan sahibləri erkən qolla hesabı açıblar. Mauro İkardi 7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Qonaqlar 66-cı dəqiqədə tarazlığı bərpa ediblər. Erik Hestad adını tabloya yazdırıb. 81-ci dəqiqədə "Molde" daha bir dəfə fərqlənsə də, VAR sisteminə baxıldıqdan sonra qol ləğv olunub. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə "Qalatasaray" qələbə topunu vura bilib. Anxelinyo yekun hesabı müəyyənləşdirən qolun müəllifi olub. Səfərdə baş tutmuş ilk matçda 3:2 hesabı ilə qalib gələn Türkiyə çempionu iki görüşün nəticəsinə əsasən, qrup mərhələsinə vəsiqə qazanıb.
Digər oyunlarda Portuqaliya "Braqa"sı Yunanıstanda "Olimpiakos"u 1:0, "Yanq Boyz" isə İsveçrədə İsrailin "Makkabi" (Hayfa) komandasını 3:0 hesabı ilə məğlub edərək qrup mərhələsində iştirak hüququ əldə edib.
Qeyd edək ki, mərhələnin digər oyunları bu gün keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
29 avqust
23:00. “Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) - 2:1
Qollar: Mauro İkardi, 7 (penalti). Anxelinyo, 90+3- Erik Hestad, 66
İlk oyun – 3:2
23:00. “Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) - 0:1
Qol: Bruma, 83
İlk oyun – 1:2
23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) - 3:0
Qollar: Sedrik Yan İtten, 23. Abdulaye Sek, 28 (avtoqol), Filip Uqriniç, 46
İlk oyun – 0:0