İngiltərə Premyer Liqasında ilin ən yaxşı futbolçusu seçilib
“Mançester Siti”nin hücumçusu Erlinq Holann İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən İlin Oyunçusu seçilib. İlin Gənc Oyunçusu mükafatı “Arsenal”ın cinah oyunçusu Bukayo Sakaya verilib.
“Olimpsport" xəbər verir ki, bu barədə PFA eksdə məlumat yayıb.
Holann ötən mövsüm bütün yarışlarda “Mançester Siti”nin heyətində 52 qol, o cümlədən Premyer Liqada 36 qol vurub. Erlinq komandası ilə təkcə yerli çempionat titulunu deyil, həm də İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb.
23 yaşlı norveçli PFA İlin Oyunçusu mükafatı uğrunda mübarizədə komanda yoldaşları Kevin De Bruyne və Con Stouns, həmçinin “Arsenal”dakı Bukayo Saka, Martin Edeqor və “Tottenhem”in keçmiş hücumçusu Harri Keyndən üstün olub.
İlin Gənc Oyunçusu isə əvvəllər bu mükafata üç dəfə namizəd olmuş Saka olub.
15 qol və 11 məhsuldar ötürmə 21 yaşlı ingilisə komanda yoldaşı Qabriel Martinelli, eləcə də Holann, “Aston Villa”dan Ceykob Remsi, “Brayton”dan Evan Ferqyuson və “Brayton”dan “Çelsi”yə yenicə transfer olunmuş Moyses Kaysedonu qabaqlayaraq səsvermənin qalibi olmağa kömək olub.
PFA həmçinin Premyer Liqanın simvolik komandasını da adlandırıb ki, bu komandaya “Arsenal” və “Mançester Siti” təmsilçilərindən əlavə, “Nyukasl”ın müdafiəçisi Kiran Trippyer və “mahmızlar”ın keçmiş hücumçusu Harri Keyn də daxildir.
Qeyd edək ki, bu, PFA-nın 50-ci yubiley mükafatlandırma mərasimi olub.