
“Bavariya” klubunun futbolçusu “İnter”ə keçib
Almaniyanın “Bavariya” klubunun futbolçusu Benjamin Pavar İtaliya “İnter”inə keçib.
"Olimpsport" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, 27 yaşlı müdafiəçi keçidi rəsmiləşdirmək üçün bu gün Milana yollanacaq. Fransa millisinin üzvü avqustun 30-da tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə müqavilə imzalayacaq.
Transfer italyanlara 30 milyon avroya başa gəlib. Almaniya çempionu əlavə olaraq 2 milyon avro bonus da əldə edə bilər.
Qeyd edək ki, Benjamin Pavar 2022/2023 mövsümündə Almaniya Bundesliqasında keçirdiyi 30 oyunda 4 qol vurub.
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



