
Koul Palmer “Mançester Siti”dən “Çelsi”yə keçib
"Mançester Siti"nin yarımmüdafiəçisi Koul Palmer karyerasını "Çelsi"də davam etdirəcək.
"Olimpsport" xəbər verir ki, bu barədə London futbol klubu məlumat yayıb.
İyirmi bir yaşlı futbolçu "Çelsi" ilə 7 illik müqavilə imzalayıb.
Palmer “Mançester Siti”nin akademiyasından keçib, 2019/20-ci illərdə klubun gənclər komandasına kapitanlıq edib və onlarla 18 yaşadək futbolçular arasında İngiltərə Kubokunu qazanıb. Həmin turnirin finalında “Çelsi”yə qol vurub.
2022/23 mövsümündə Palmer "Siti"nin heyətində bütün yarışlarda 25 əsas oyuna çıxıb, liqa və İngiltərə Kubokunu, eləcə də Çempionlar Liqasını qazanıb.
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



