Bakıda "Heydər Əliyev İli"nə həsr olunmuş “Gəlin birlikdə qaçaq” şüarı altında yarış keçirilib
Bakıda Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş "Gəlin birlikdə qaçaq" şüarı altında yarış keçirilib.
"Olimpsport" xəbər verir ki, Dənizkənarı Milli parkda “Dəniz Mall” Ticarət Mərkəzinin yaxınlığında təşkil olunmuş yarış 5 km məsafəni əhatə edib.Finişə hamıdan tez paytaxt sakini Elman Abışov çatıb.
Qeyd edək ki, yarışa paytaxt və regionlardan qadın, kişi, yeniyetmə, uşaq olmaqla, 200-dən artıq iştirakçı qatılıb.
Yarış sağlam həyat tərzini təbliğ etmək, idmanın inkişafına töhfə vermək və kütləviliyin artırılması məqsədilə keçirilib.