
"Qarabağ"ın rəqibi futbolçusu ilə müqavilənin müddətini uzadıb
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu futbolçusu Edmond Tapsoba ilə müqavilənin müddətini uzadıb.
"Olimpsport" xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Burkina Fasodan olan 24 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Edmond Tapsoba 2020-ci ildən "Bayer 04"də çıxış edir. "Qarabağ" bu rəqiblə ilk görüşünü III turda, oktyabrın 6-da səfərdə keçirəcək. IV turun qarşılaşması isə noyabrın 9-da Bakıda gerçəkləşəcək.
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



