
Azərbaycana qarşı keçirəcəyi oyunda Belçika millisini 180-ə yaxın azarkeş dəstəkləyəcək
Belçika millisi Bakıda Azərbaycana qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyununda dəstəksiz qalmayacaq.
"Olimpsport" "Report"a istinadən xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Onun sözlərinə görə, rəqibi 180-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Federasiya rəsmisi Belçika yığmasının bu gün, saat 22:00-da Bakıya çatacağını söyləyib: "Bilgeh Beach" otelində məskunlaşacaq komanda qarşılaşma başa çatan kimi geri dönəcək. Sentyabrın 8-də, saat 14:00-da isə baş məşqçi Domeniko Tedeskonun mətbuat konfransı keçiriləcək".
Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da reallaşacaq Azərbaycan - Belçika görüşü saat 17:00-da start götürəcək.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











