
Vüqar Əliyev Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri seçilib
Naxçıvan Voleybol Federasiyasına yeni sədr seçilib
"Olimpsport" "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının iclası keçirilib. İclasın gündəliyində Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.
Toplantıda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyevin Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Vüqar Əliyev Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri seçilib.
Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli idi.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











