
“Araz-Naxçıvan” “Neftçi” ilə oyunun hazırlığına itkilərlə başlayıb
Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçın hazırlığına itkilərlə başlayıb.
"Olimpsport" "Report"a istinadən xəbər verir ki, üçgünlük istirahətin ardından Bakı Olimpiya Stadionunun ehtiyat meydanında məşqləri bərpa edən komanda 5 futbolçusundan məhrumdur.
Turan Manafov zədədən əziyyət çəkir. 25 yaşlı müdafiəçi V turda “Kəpəz”lə (2:1) keçirilən səfər qarşılaşmasında yüngül xəsarət alıb. Ondan başqa, Numan Kurdiç və İsmail Azzaui icazəlidirlərsə, Abdulla Rzayevlə Mirəli Əhmədov Azərbaycanın U-21 yığmasının düşərgəsindədirlər.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Neftçi” qarşılaşması sentyabrın 16-da keçiriləcək.
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



