
ABŞ millisi yoldaşlıq görüşündə Özbəkistana qalib gəlib
Futbol üzrə ABŞ millisi yoldaşlıq görüşündə Özbəkistan yığmasını darmadağın edib.
"Olimpsport" xəbər verir ki, matç ABŞ-nin Sent-Luis şəhərinin “Sitipark” stadionunda baş tutub.
Oyunda hesab erkən açılıb. 4-cü dəqiqədə Timoti Vea amerikalıları hesabda irəli çıxarıb. Matçda növbəti qollar ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə vurulub: Rikardo Pepi və Kristian Pulişiç hesab arasındakı fərqi darmadağın həddinə çatdırıblar. Beləliklə, yoldaşlıq görüşü ABŞ millisinin Özbəkistan yığması üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Özbəkistan Meksikaya qarşı oynamaq üçün ABŞ-də qalacaq. Komandaların görüşü sentyabrın 12-dən 13-nə keçən gecə Corciya ştatının Atlanta şəhərində baş tutacaq.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











