
Yaponiya millisi yoldaşlıq görüşündə Almaniya yığmasına qalib gəlib
Almaniya və Yaponiyanın futbol milli komandaları arasında baş tutan yoldaşlıq görüşü birincinin böyükhesablı məğlubiyyəti ilə başa çatıb.
"Olimpsport" xəbər verir ki, matç Almaniyanın Volfsburq şəhərindəki "Folksvagen Arena"da baş tutub.
Asiyalılar artıq 11-ci dəqiqədə Dzüni İtonun sayəsində hesabı açıblar. 8 dəqiqə sonra Leroy Zane status-kvonu bərpa etsə də, bu almaniyalıların oyunda sonuncu qolu olub. Cəmi üç dəqiqə sonra qonaqlar fərqlənə biliblər: Ayase Ueda fərqlənə bilib. Matçın sonunda dördqat dünya çempionları qapılarından daha iki top buraxıblar. Takuma Asano və Ao Tanaka hərəyə bir qol vurublar.
Beləliklə, yoldaşlıq görüşü Yaponiyanın səfərdə Almaniya yığması üzərində 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, sözügedən yığmalar arasında sonuncu görüş 2022-ci ildə Qətərdəki dünya çempionatında olub. Həmin matçda da Uzaq Şərq təmsilçisi üstün olub - 2:1.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











