Pakistanın idman jurnalistləri Bakıda səfərdədir
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Jurnalistləri Federasiyası (PSWF) arasında əldə edilən razılığa əsasən, bu ölkənin qabaqcıl media qurumlarından olan bir qrup jurnalist Bakıda səfərdədir.
"Olimpsport" xəbər verir ki, bu barədə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) məlumat yayıb. Məlumata görə, qonaqlar bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi də hörmətlə yad olunub.
Pakistanlı jurnalistlər Şəhidlər Xiyabanında uyuyan qəhrəmanlarımızın məzarlarına da tər çiçəklər düzüblər. Daha sonra Bakı ilə tanışlıq olub.




Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
