
Pakistanın idman jurnalistləri "Report" İnformasiya Agentliyində olublar
Pakistanın idman jurnalistləri Report İnformasiya Agentliyində olublar.
"Olimpsport" "Report"a istinadən xəbər verir ki, Qonaqları qarşılayan agentliyin baş redaktoru Murad Əliyev onları müxtəlif şöbələrin işi ilə tanış edib. Daha sonra isə dəyirmi masa ətrafında maraqlı söhbət baş tutub.
"Report"un direktoru Fuad Hüseynəliyev pakistanlı jurnalistlərə agentliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bununla yanaşı, onları maraqlandıran sualları cavablandırıb.
Nümayəndə heyətində Pakistan İdman Yazarları Federasiyası, Daily Jang Newspaper, İqra National Universitetinin Media Təhsili şöbəsi, Kasoti Digital, News Network Internatıonal, Daily Aeen Newspaper, Difa News, MKTV və Samaa TV-nin əməkdaşları yer alıblar.
Qeyd edək ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Jurnalistləri Federasiyası (PSWF) arasında əldə edilən razılığa əsasən, bu ölkənin qabaqcıl media qurumlarından olan bir qrup jurnalist Bakıda səfərdədir.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











