
“Sabah”ın yeni transferi Əlcəzairdən olub
“Sabah” Əlcəzair millisinin futbolçusu İshak Belfodili transfer edib.
"Olimpsport" xəbər verir ki, Premyer Liqanın gümüş mükafatçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Videorolik şəklində təqdim edilən yeni oyunçunun adı açıqlanmasa da, onun karyerası ərzində oynadığı klublar qeyd olunub. Məhz həmin videodan heyətə cəlb edilən futbolçunun 31 yaşlı Belfodil olduğunu müəyyənləşdirmək çətin deyil.
Qeyd edək ki, İshak Belfodil karyerası ərzində “Lion” (Fransa), “Bolonya”, “Parma”, “İnter”, “Livorno” (hamısı İtaliya), “Standard” (Belçika), “Verder”, “Hoffenhaym”, “Herta” (hamısı Almaniya) kimi tanınmış klubların formasını geyinib. Əlcəzair millisinin üzvü bu ilin yayında Qətərin “Əl-Qarafa” klubundan ayrılıb.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











