
Pakistanın idman jurnalistləri ilə MOK-da görüş keçirilib
Bugün Azərbaycan Milli Olimpiya Komitəsində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və onun qitə qurumu Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) milli subyekti və rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) “Rəqəmsal İdman Jurnalistikası” layihəsinin ikinci mərhələsinin Azərbaycan turunun yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katibi Azər Əliyev, AİJA prezidenti Eldar İsmayılov və qonaqlar iştirak ediblər.
Qonaqları və media nümayəndələrini salamlayan Çingiz Hüseynzadə bu cür layihələrin önəmindən danışıb və davamlı olmasını tövsiyə edib. O, xüsusilə vurğulayıb ki, Pakistanla Azərbaycan hərbi və digər sahələrdə əməkdaşlıq edib. Amma idman sahəsində bu əməkdaşlıq ilk dəfədir həyata keçirilir.
Daha sonra Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov layihə haqqında bəhs edib. Eldar İsmayılov bildirib ki, bu il ərzində keçirilən bütün tədbirlər və eləcə də bu layihə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunur.
Ardınca AIPS prezidenti Gianni Merlo (İtaliya), AIPS Europe prezidenti Charles Camenzuli (Malta), AIPS Asia prezidenti Hee-Don Jung (Koreya), Pakistan İdman Yazarları Federasiyasının (PSWF) prezidenti Amjat Malik Azizin iştirakçılara videotəbriki çatdırılıb. Daha sonra pakistanlı idman jurnalistlərinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarətdən başlayan təcrübə turunu özündə əks etdirən qısa videçarx nümayiş etdirilib.
Qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması və ailə fotosu ilə tədbirə yekun vurulub.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











