
Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
Azərbaycanın üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinala yüksəlib.
"Olimpsport" xəbər verir ki, Eldəniz Əzizli (55 kq), Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) 1/4 final səddini uğurla keçiblər.
E.Əzizli və S.Süleymanov bu raundda Qazaxıstan təmsilçilərindən güclü olublar. Onlar müvafiq olaraq Marlan Mukaşev və Demeu Jadrayevə qalib gəliblər. R.Hüseynov isə yarımfinal yolunda Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən Aues Qonibovu məğlub edib.
Qeyd edək ki, 130 kq çəki dərəcəsində çıxış edən Beka Kandelaki mübarizəni erkən dayandırıb.
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



