
Millimiz EEVZA-nın çempionatına qatılacaq
Voleybol üzrə oğlanlardan ibarət Azərbaycanın U-18 yığması Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
"Olimpsport" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. Məlumata görə, dekabrın 5-9-u aralığında Gürcüstanda təşkil olunacaq yarışda Gürcüstan, Ukrayna, Estoniya, Polşa, Litva və Latviya milliləri də mübarizə aparacaqlar.
Turnir həm də AVRO-2024-ə seçmə xarakteri daşıyır. Yarışın reqlamentinə əsasən, birinci olan komanda Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.
Qeyd edək ki, Azərbaycanın 18 yaşadək voleybolçu qızları da EEVZA-nın çempionatına qatılacaq.
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



