
"Neftçi" və "Zirə" arasında keçiriləcək oyunların yeri dəyişdirilib
Bir müddət öncə renovasiya işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu Peşəkar Futbol Liqası (PFL) tərəfindən araşdırılıb.
"Olimpsport" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil.
PFL tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi”nin rəsmi müraciətini, “Zirə” klubunun razılıq məktubunu əsas götürən PFL bu komandalar arasında keçiriləcək 1-ci və 2-ci dövrənin görüşlərinin yerini dəyişdirib.
Belə ki, şənbə günü baş tutacaq “Zirə” - “Neftçi” oyunu Zirə İdman Kompleksində gerçəkləşəcək. Oyun saat 20:30-da start götürəcək.
Bu qərar əvəzedici komandalara aid edilmir.
Daha çox xəbər









30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



