
Premyer Liqa: "Sabah" "Kəpəz"lə, "Səbail" "Araz-Naxçıvan"la üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha iki oyunu keçiriləcək.
"Olimpsport" xəbər verir ki, ilk olaraq "Sabah" "Kəpəz"i qəbul edəcək.
Dörd xala malik tərəflər 8-9-cü yerləri bölüşdürürlər. Paytaxt təmsilçisi rəqibindən bir görüş az keçirib.
Günün digər matçında "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək. Komandaların hər birinin 10 xalı var və 4-5-ci yerləri bölüşdürürlər.
Azərbaycan Premyer Liqası, VII tur
17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Arena”
19:30. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASCO Arena”
Qeyd edək ki, daha əvvəl "Sumqayıt" - "Turan Tovuz" və "Zirə" - "Neftçi" qarşılaşmaları heç-heçə yekunlaşıb. Tura sentyabrın 25-də "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.
Daha çox xəbər









30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



