
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib
Xocasən qəsəbəsində "Sağlam məhəllə” idman zonası istifadəyə verilib.
"Olimpsport" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin istifadəyə verdiyi sayca beşinci olan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.
Açılışda gənclər və idman naziri Fərid Qayıbov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, “Ulduz” Futbol Akademiyasının uşaqları və Xocasən qəsəbəsinin sakinləri iştirak ediblər.
Qeyd edək ki, meydança "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə təşkil edilmiş rəsm müsabiqəsinin hərracından əldə edilən vəsait və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istifadəyə verilib.
Daha çox xəbər









30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



