
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.
"Olimpsport" xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi Polşada yerli "Rakuv" və Avstriyanın “Ştrum” komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin II tur matçını idarə edəcək.
Qeyd edək ki, oktyabrın 5-də Polşada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Xatırladaq ki, "Rakuv" cari mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iki görüşün (3:2;1:1) nəticəsinə əsasən "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



