Bakıda Avropa Ədalətli Oyun Hərəkatının Konqresi başlayıb
Noyabrın 23-də Bakıda Avropa Ədalətli Oyun Hərəkatının (Fair Play) konqresinin açılış mərasimi keçirilib.
OLİMPSPORT xəbər verir ki, Konqresin açılış nitqində təşkilatın prezidenti Fhilippe Housiaux idman mediasının prioriet təşkil etdiyini diqqətə çatdırıb. Daha sonra O, konqresdə həmyerlimiz AİPS Avropa İcraiyyə Komitəsinin üzvü, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti Nərgiz Mahmudzadəyə Belçikada 1895-ci ildən fəaliyyət göstərən Belçika Futbol Assosiasiyasının “Baku 2023” yazılı xüsusi futbol köynəyini təqdim edib. Sonra Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi öz işinə başlayıb.
Konqres çərçivəsində “İdmanda irqçiliyin aradan qaldırılması üçün Ədalətli Oyun Təhsili” mövzusunda çıxışlar və panel müzakirələr olub.
Qeyd edək ki, Avropa Ədalətli Oyun Hərəkatının konqresi Bakıda Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. Konqresdə üzv ölkələrin nümayəndələri iştirak edir.