Mançester Siti” klublararası dünya çempionatının qalibi olub

İngiltərə komandası “Mançester Siti” klublararası dünya çempionatının qalibi olub.

"Olimpsport" xəbər verir ki, Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.

“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.

Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.