“Tottenhem”dən növbəti qələbə
İngiltərə Premyer Liqasında 18-ci turun oyunları davam edir.
"Olimpsport" xəbər verir ki, turnirin iddialı kollektivlərindən olan “Tottenhem” doğma meydanda “Everton”dan üstün olub - 2:1. Bu qələbə sayəsində xallarını 36-ya çatdıran klub turnir cədvəlində bir oyun az keçirən “Mançester Siti”ni qabaqlayaraq 4-cü pilləyə yüksəlib. “Everton” isə 16 xalla 16-cı yerdə qalıb.
“Nyukasl” səfərdə gözlənilmədən autsayder “Luton Taun”a uduzub - 0:1. Matçın taleyini həll edən qola 25-ci dəqiqədə Taunsend imza atıb. Hazırda 29 xala malik qonaqlar turnir cədvəlində 7-ci pillədə qərarlaşıblar. “Luton Taun” isə, qələbəyə baxmayaraq, 12 xalla təhlükəli 18-ci yerdən uzaqlaşa bilməyib.