Kilian Mbappenin qardaşı PSJ ilə ilk peşəkar müqavilə bağlamağa hazırlaşır

Kilian Mbappenin qardaşı Ethan Mbappe ilk peşəkar müqavilə ilə bağlı danışıqlar aparır.

"Olimpsport" xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı oyunçu Fransa klubu PSJ ilə yeni sazişə qol çəkməyə hazırlaşır.

Onun klubla gənclik müqaviləsinin müddəti mövsümün sonuna qədərdir. Rəhbərlik Ethan ilə tezliklə yeni uzunmüddətli saziş bağlamağı planlaşdırır. Futbolçu özü də klubda qalmağın tərəfdarıdır.

Qeyd edək ki, Ethan Mbappe dekabrın 20-də “Mets”ə qarşı keçirilən Liqa 1-in XVII turunun oyununda PSJ-nin əsas komandasında debüt edib.