“Şeffild Yunayted” klubu İngiltərə Premyer Liqasının tarixinə düşüb

“Şeffild Yunayted” klubu İngiltərə Premyer Liqasının tarixinə düşüb.

"Olimpsport" xəbər verir ki, adı çəkilən komanda çempionatın XIX turunda “Luton Taun”la görüşdə iki avtoqola üzülməklə bunu reallaşdırıb.

Kris Vilderin rəhbərlik etdiyi kollektiv 2:1 hesabı ilə öndə olarkən 77-ci dəqiqədə Cek Robinsonun, 81-ci dəqiqədə isə Anis Slimanenin topu öz qapısına göndərməsi nəticəsində meydanı məğlub tərk edib – 2:3.

Bununla Şeffild təmsilçisi futbolçuları 75-ci dəqiqədən sonra iki avtoqolla yadda qalan ilk klub kimi tarixə düşüb.

Qeyd edək ki, “Şeffild Yunayted” hazırda 9 xalla turnir cədvəlinin 20-ci – sonuncu pilləsində qərarlaşıb.