Azərbaycan idmançısı peşəkar döyüşün qalibi olub
Türkiyənin Muş vilayətinin Bulanıq bölgəsində ilk dəfə olaraq muay tay üzrə peşəkar döyüş gecəsi təşkil olunub.
"Olimpsport" xəbər verir ki, "Muaythaı Figh Night" adlı idman tədbirində Türkiyə ilə yanaşı, Azərbaycan və İrandan olan idmançılar da iştirak ediblər.
Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Namiq Musayevin rəhbərliyi ilə muxtar respublikadan 4 idmançı yarışa qatılıb.
Onlardan yalnız biri – 63,5 kq çəki dərəcəsində çıxış edən Hüseyn Həsənov türkiyəli Ufuk Bakırhanla görüşü qalibiyyətlə tamamlayaraq qızıl medala və kəmərə sahib çıxıb.
Digər idmançılarımız gümüş medalla təltif olunublar.