Çinin şahmat çempionu yersiz davranışına görə titulundan məhrum edilib
Çin Şahmat Federasiyası yersiz davranışına və ictimai asayişi pozduğuna görə 48 yaşlı şahmatçı Çjan Çenlunu Çinin çempionu titulundan məhrum edib.
"Olimpsport" xəbər verir ki, Çinin şahmatı dünyası, dələduzluq ittihamları fonunda kobud davranışına görə şahmatçının çempionluq titulundan məhrum edilməsi ilə bağlı böyük qalmaqaldan sarsılıb.
Ötən həftə Çjan Çenlun Çinin “Syansi” şahmat çempionatının qalibi olub. Lakin Çin Şahmatı Federasiyası (CXA) bazar ertəsi günü "yersiz davranışına" və "ictimai asayişi pozduğuna" görə onun titulundan məhrum etdiyi üçün çempionun qalibiyyət sevinci qısa olub.
Federasiyanın yaydığı məlumatda dekabrın 17-də qazandığı qələbədən sonra Çjanın başqaları ilə birlikdə otel otağında spirtli içki içdiyi və ictimai qaydalara və əxlaq normalarına zidd olaraq, otelin əmlakına ziyan vurduğu bildirilir.
CXA-nın qeyd etdiyinə görə, Ç.Çenlun bir il müddətinə yarışlardan kənarlaşdırılacaq, onun bu il qazandığı mükafatlar isə müsadirə ediləcək.
Çin şahmatı hər Asiya ölkəsində fərqli ada malik olsa da, olduqca populyardır. Ona “fillərdən ibarət şahmat taxtası” da deyilir. Klassik şahmatdan fərqli olaraq, bu oyunda ənənəvi olaraq üzəri simvollarla işarələnmiş piyadalarla oynanılır, onlar xanalara yox, lövhənin şəbəkə ilə kəsişməsinə düzülür.