2023-ci ilin ən yaxşı məşqçisi elan olunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı ilin ən yaxşı məşqçisi elan edib.

"Olimpsport" xəbər verir ki, mütəxəssis bu mükafatı karyerasında üçüncü dəfə və 2011-ci ildən bəri ilk dəfədir alır.

2023-cü ildə “şəhərlilər” ispaniyalının rəhbərliyi ilə İngiltərə çempionatı və Kubokunu, Çempionlar liqasını, Avropa Superkubokunu və klublar arasında Dünya çempionatını udublar.

Səsvermədə 281 xal yığan Qvardiola 56 xal toplayan Karlo Ançelottinin (“Real Madrid”) şəxsində ən yaxın rəqibini əhəmiyyətli dərəcədə qabaqlayıb. Birinci üçlüyü 53 xal toplayan İtaliya yığmasının baş məşqçisi Luçano Spaletti tamamlayıb.