Türkiyəli mütəxəssis Almaniyanın "Borussiya" klubunda baş məşqçinin köməkçisi vəzifəsində

Türkiyənin "Antalyaspor" komandasında baş məşqçi postundan ayrılan Nuri Şahin karyerasına Almaniyanın "Borussiya" (Dortmund) klubunda davam edəcək.

"Olimpsport" Dortmund təmsilçisinin rəsmi "X" hesabına istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis almaniyalı Sven Benderlə birlikdə baş məşqçi Edin Terziçin köməkçisi olacaq.

Köməkçi məşqçi Armin Reuterşahn öz istəyi ilə Bundesliqa klubundan ayrılıb.

Qeyd edək ki, Nuri Şahin futbolçu olduğu dönəmdə 2005-2011 və 2014-2018-ci illərdə "Borussiya"nın formasını geyinib.