Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş idman tədbirlərinin sayı bəlli olub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və “Heydər Əliyev İli” çərçivəsində 2023-cü il ərzində Azərbaycanda ümumilikdə 64925 nəfərin iştirakı ilə 474 idman tədbiri təşkil olunub.

"Olimpsport" xəbər verir ki, bu tədbirlərdən 89-u Gənclər və İdman Nazirliyi və idman federasiyaları tərəfindən 32190 nəfərin iştirakı ilə keçirilib.

Qalan 385 tədbir isə ölkənin müxtəlif regionlarında təşkil olunub və 32735 nəfər iştirakçını əhatə edib.

Bundan başqa, respublika üzrə 13 layihə çərçivəsində 81 kütləvi idman tədbiri baş tutub və bu tədbirlərdə 36600 nəfər iştirak edib.